Pakistanda məktəbin damı çökdü: 33 nəfər öldü
Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının çökməsi nəticəsində 32-si şagird olmaqla 33 nəfər ölüb, 20 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki,hadisə zamanı şagirdlər sinif otaqlarında olublar. Yaralılar xəstəxanaya çatdırılıb, xilasetmə işləri başa çatıb.
Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif hadisə ilə bağlı başsağlığı veriblər. Hadisənin səbəblərinin araşdırılacağı bildirilib.
Ölən və yaralanan uşaqların 14 yaş və daha kiçik olduğu qeyd olunur.
Aytac,
Sitat.info