Dağıstan Respublikasına yeni rəhbər seçildi
Fyodor Şukin Dağıstan Respublikasının rəhbəri seçilib.
Sitat.info xəbər verir ki, Dağıstan parlamenti Şukini respublikanın rəhbəri vəzifəsinə seçib.
Qeyd edək ki, Şukin bu vəzifəyə qədər Dağıstanın Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Respublikaya Sergey Melikov rəhbərlik edib. O, bu ilin may ayında vəzifəsindən gedib.