Rəşad Məcid Mətbuat Şurasından gedir
Sabah – 16 oktyabr 2026-cı il tarixində saat 09:00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.
Sitat.info xəbər verir ki, Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlərin siyahısı açıqlanıb.
Jurnalist namizədlər:
Hacıbəy Heydərli – “Azxeber.com” saytı;
Orxan Amaşov – AnewZ;
Səadət Məmmədova – ATV;
Nurşən Quliyev – APA;
Vüqar Rəhimzadə – “İki sahil” qəzeti;
Elşad Eyvazlı – Modern Media Qrupu;
Vəfa Həmzəyeva – Real TV;
Elmira Musazadə – CBC;
Seyfəddin Hüseynli – “525-ci qəzet”;
Qalib İbrahimoğlu – “Bakivaxti.az” saytı;
Fərid Şahbazlı – “Editor.az” saytı;
Elçin Alıoğlu – “Trend” İnformasiya Agentliyi;
Anar Tahirov – “Bizim.media” saytı;
Hümbət Musayev – “Xalq qəzeti”;
Aqil Camal – “Türküstan” qəzeti;
Ələsgər Süleymanov – “Yeni Müsavat” qəzeti;
Rey Kərimoğlu – “Qaziler.az” saytı;
Səbuhi Abbasov – “7news.az” saytı;
Rafail Becanov – “Cümhuriyyət” qəzeti;
Əli Həziquliyev – “Elçi” qəzeti;
Əli İbrahimov – “Xalq cəbhəsi” qəzeti;
Telman İsa – “Aktor.az” saytı;
Əli Vəliyev – “Manset.az” saytı;
Famil İbrahimov – “Manset.az” saytı;
Mübariz Göyüşlü – “Crossmedia.az” saytı;
Əfsələddin Ağalarov – “Azxeber.com” saytı;
Şakir Ağayev – “Novoye vremya” qəzeti;
Hafiz Heydərov – “Lent.az” saytı.
İctimaiyyət nümayəndələri olan namizədlər:
Vüqar Zifəroğlu – BDU-nun Jurnalistika fakültəsi;
Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;
Əminə Yusifqızı – veteran jurnalist;
Bəhruz Məmmədzadə – “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi;
Fərid Pərdəşünas – Technote Media Şirkəti;
Könül Niftəliyeva – BDU-nun Jurnalistika fakültəsi;
Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi;
Azər Həsrət – Bayraqdar Media;
Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu;
Emil Həsənli – hərbi ekspert;
Nadir İsmayılov – CASCFEN;
Xanoğlan Əhmədov – “Media və Mülki Cəmiyyət” İctimai Birliyi;
Vüqar Oruc – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti;
Niyaməddin Orduxanlı – ƏHD Partiyası;
Rəhim Hüseynzadə – veteran jurnalist;
Zaur İbrahimli – politoloq;
Qafar Çaxmaqlı – tədqiqatçı jurnalist;
Şəmsiyyə Kərimova – veteran jurnalist.
Qeyd edək ki, üzv təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş və səs toplamış Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Alqış Musayev, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.