Bu gün Ramiz Mehdiyevlə bağlı qərar veriləcək

Bu gün Ramiz Mehdiyevlə bağlı qərar veriləcək
Gündəm 16 Oktyabr 2026 14:10

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar veriləcək.

Partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.

İclasda eyni zamanda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması məsələsinə baxılacaq.