Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının (COP17) liderlər sammiti çərçivəsində görüşüblər.
Sitat.info xəbər verir ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Paşinyan və Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşüblər.