“Evimizə gedə bilmirik, sahibsiz itlər qəfildən hücum edir” - Video
“Yolu keçib evimizə gedə bilmirik. Bir sürü sahibsiz it qəfil üstümüzə hücum edir. İtlərin qorxusundan uşaqları tək çörək almağa da buraxa bilmirik”.
Sitat.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sakinlər şikayət edib.
Onların iddiasına görə, problemlə əlaqədar aidiyyəti qurumlara müraciət olunsa da, indiyədək həlli istiqamətində nəticə əldə olunmayıb.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, itlərdəki aqressiya bəzən sakinlərin heyvanlarla kobud rəftarından qaynaqlanır: “Sözügedən məsələ ilə bağlı quruma çoxsaylı şikayətlər daxil olur. Ətraf ərazilərdə yaşayan bəzi sakinlərin sahibsiz heyvanlarla kobud rəftarı itlərdə aqressiv davranışın yaranmasına səbəb olur. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən Sahibsiz Heyvanlara Qayğı Mərkəzi tərəfindən müvafiq tədbirlər görülür”.