Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı vacib AÇIQLAMA

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı vacib AÇIQLAMA
Gündəm 16 Oktyabr 2026 20:48

Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlama verib.

Sitat.info xəbər verir ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, təşkilatın nümayəndələri hələlik Nəsimi Musayevə baş çəkməyiblər.

Onun sözlərinə görə, BQXK məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə danışıqlar aparır.

“Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var. Hazırda Nəsimi Musayevə başçəkmə həyata keçirilməyib. Bununla bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”, – Zara Amatuni bildirib.Musavat.com