Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı

Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı
İQTİSADİYYAT 17 Oktyabr 2026 11:30
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

Sitat.info xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2.78 ABŞ dolları və ya 2.34% azalaraq bir barel üçün 116.26 ABŞ dollarına çatıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.