Yevlaxda avtomobil yoldan çıxaraq aşıb

Yevlaxda avtomobil yoldan çıxaraq aşıb
HADİSƏ 17 Oktyabr 2026 11:40
Yevlaxda avtomobil yoldan çıxaraq aşıb.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Aran və Duzdağ qəsəbələrindən keçən istiqamətdə baş verib.

İdarəetmədən çıxan minik avtomobili yolub kənarına aşıb.

Müxtəlif bədən xəsarətləri alan sürücü, 1987-ci il təvəllüdlü Həsən Məmmədov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

//Teleqraf