Hörmüz boğazında 2 milyon barel neft daşıyan tanker PARTLAYIB

Hörmüz boğazında 2 milyon barel neft daşıyan tanker PARTLAYIB
Dünya 17 Oktyabr 2026 11:00
Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan supertanker dəniz minasına düşərək partlayıb. Partlayışdan sonra gəmidə yanğın başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

İran hərbçilərinin açıqlamasına görə, tanker Hörmüz boğazından keçid üçün müəyyən edilmiş qaydaları pozub.

Bildirilib ki, gəmi izləmə sistemi söndürülmüş vəziyyətdə və əvvəlcədən razılaşdırılmamış marşrut üzrə hərəkət edib.

Nəticədə tanker dəniz minasına düşüb və partlayış baş verib. Hadisədən sonra gəminin göyərtəsində yanğın başlayıb.

Supertankerin hansı ölkəyə məxsus olduğu, heyət üzvlərinin vəziyyəti və neft sızmasının baş verib-vermədiyi barədə hələlik məlumat verilməyib.