FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu
İdman 17 Oktyabr 2026 10:30
FIFA Türkiyənin “Eyüpspor” klubunu cəzalandırıb

Sitat.info xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi keçmiş oyunçularına olan borclarını ödəmədiyi üçün üç dönəmlik transfer qadağasına məruz qalıb. Borclar ödənəcəyi halda, qərar qüvvədən düşəcək.

“Eyüpspor” çempionatda 7 turdan sonra 3 xalla 18-ci sıradadır.