Xamenei iranlı qadınların mübarizəsindən danışdı
İran qadınları və qızları ölkəmizə qarşı tətbiq edilən müharibə zamanı cəbhə arxasında müqavimətdə aparıcı rol oynayırlar".
Sitat.info xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Müctəba Xamenei deyib.
Onun sözlərinə görə, qadınlar şəhər və kənd meydanları da daxil olmaqla ictimai həyatda fəal iştirak edir və müqavimətin dəstəklənməsi üçün əhəmiyyətli töhfələr verirlər.
O, İran xalqına əzab vermək və onu əzmək istəyən İranın düşmənlərinin bu nəhəng qüvvəyə müqavimət göstərə bilmədiyini vurğulayıb.
Ali Rəhbər tibb bacılarının da işinə xüsusi diqqət yetirərək onları "mərhəmət mələkləri" və cəmiyyət üçün ümid mənbəyi adlandırıb.