Ukraynada metro VURULDU-ÖLƏN VAR
Rusiya qüvvələri oktyabrın 18-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 21 yaşlı qadın həlak olub, səkkiz nəfər yaralanıb.
Zərbələr zamanı Kiyevin sol sahilində yerləşən “Çerniqovska” metro stansiyası da zədələnib. Stansiyanın yaxınlığına düşən raket qalıqları hərəkət və kontakt relslərinə zərər vurub.
Bundan başqa, Solomyanski rayonunda raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə və tibb müəssisəsinin ərazisinə düşüb. Dneprovski rayonunda isə qeyri-yaşayış binasına zərbə qeydə alınıb.