Bu ölkənin daxili işlər nazirinin istefası qəbul edilmədi

Bu ölkənin daxili işlər nazirinin istefası qəbul edilmədi
Dünya 19 Oktyabr 2026 10:40
Fransanın daxili işlər naziri Loran Nunez prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib. Lakin dövlət başçısı onun istefasını qəbul etməyib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bir neçə siyasi partiya nazirin istefasını tələb edib. Yelisey Sarayının açıqlamasında bildirilib ki, ölkədə hüquq-mühafizə orqanlarına nəzarətin davam etdirilməsi zərurəti nəzərə alınaraq, Makron Nunezin istefasını rədd edib. Nazir kütləvi etirazlar zamanı baş verən çoxsaylı zorakılıq hadisələrindən sonra təzyiqlərlə üzləşib.

Xatırladaq ki, oktyabrın 17-də Fransada keçirilən kütləvi etirazlar zamanı 2 397 nəfər saxlanılıb. Toqquşmalar nəticəsində 997 polis və jandarma əməkdaşı yaralanıb, onlardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilib.

“Le Parisien” qəzetinin məlumatına görə, Parisdə gecə ərzində 75 nəfər həbs edilib. Şəhər polisi mağazaları qarət etməyə cəhd göstərən qrupların olduğunu açıqlayıb. Oktyabrın 18-i səhərindən etibarən paytaxtda saxlanılanların ümumi sayı 117 nəfərə çatıb.