Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
KRİMİNAL 19 Oktyabr 2026 10:20
Oktyabrın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.