Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - YENİLƏNİB
Kürdəmirdə dəmir yolu kənarında kişi meyitinin aşkarlanması ilə bağlı rəsmi açıqlama verilib.
Sitat.info xəbər verir ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti dəmir yolu kənarında kişi meyiti aşkarlayıb.
Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Qeyd edək ki, daha əvvəl Kürdəmir rayonunun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevin meyitinin aşkarlanması barədə məlumat yayılıb (APA).
***
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sitat.info “Qafqazinfo”ya iatinadla xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
