12 yaşlı piyadanı maşın vurdu

12 yaşlı piyadanı maşın vurdu
HADİSƏ 17 Oktyabr 2026 17:02

Qazax rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Qazax rayonunun Kosalar - Canalı kənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2105” markalı avtomobil 2014-cü il təvəllüdlü Səyalı Xəlilovanı vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.