Ərindən sonra qızı da vəfat etdi
2004-cü ildə “Miss Turkey” gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib.
Sitat.info axşam.az-a istinadla xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib.
“Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözəl duyğusu olduğunu öyrətdin. Məkanın cənnət olsun. Səni çox, lap çox sevirəm. Hər zaman qəlbimdə yaşayacaqsan, mələyim”, - deyə Fatoş yazıb.
Qeyd edək ki, Fatoş Seğmenin həyat yoldaşı və qızının atası Bülənd Ərdoğan 2025-ci il avqustun 31-də vəfat edib.