Ronaldo yeni biznesə qoşulur
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb.
Sitat.info xəbər verir ki, bu barədə “Sic Noticias” nəşri məlumat yayıb.
Biznesə 10 milyon avro yatırmış “Grupo Ouhterinho” şirkəti futbolçunun yeni biznesdəki tərəfdaşı olub. Suyun hasilatını Braqansa şəhərində təşkil etmək planlaşdırılır.
Zavodun tikintisinin başa çatması və brendin bazara çıxışı 2027-ci ilin sonuna gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə Ronaldo Madriddə təqdimatı keçirilən “Ursu9” su brendinin həmtəsisçisi olub.