Biləsuvarda maşın aşdı: iki ölü, üç yaralı - YENİLƏNİB
Ğ
Sitat.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
14:30
Biləsuvarda ağır yol qəzası baş verib.
Sitat.info xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.
İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.