Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!

Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
HADİSƏ 17 Oktyabr 2026 17:17

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 18-i gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.