“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı
HADİSƏ 19 Oktyabr 2026 16:55

Sosial şəbəkələrdə “falçılıq” və “baxıcılıq” adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

Sitat.info xəbər verir ki, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törədən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.