Əhmədlidəki ağır qəzanın - Anbaan videosu
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dünən Xətai rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
Sitat.info xəbər verir ki, görüntülərdən “Hyundai” markalı avtomobilin Gəncə prospektində sürətlə hərəkət etdiyi və manevr qaydalarını pozduğu görünür.
Nəticədə həmin avtomobil digər maşına çırpılıb, o isə səki ilə hərəkət edən qadını vuraraq öldürüb.
NİİM bu hadisəni nümunə göstərərək sürücülərə müraciət edib:
“Manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.
Bəs manevretmə qaydalarının pozulması zamanı qəzalar necə baş verir?
1. Bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər. Yanılırlar!
2. Sürücülərin bir qismi ümumiyyətlə manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər.
Sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur. Sürücülərdən məsuliyyətli davranmağı və manevr edərkən qaydalara əməl etməyi xahiş edirik”.
Sözügedən qəzanın görüntülərini təqdim edirik: