Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirdi

Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirdi
Dünya 19 Oktyabr 2026 18:43

Yaxın Şərqdəki son müharibə ABŞ hərbi bazalarının mövcudluğunun bölgə ölkələri üçün təhlükə olduğunu göstərib.

Sitat.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Regionumuzdakı son müharibə bölgə ölkələrinə göstərib ki, Amerika bazalarının mövcudluğu onların təhlükəsizliyinə heç bir kömək etməyib, əksinə, onların təhlükəsizliyini pozub", - Əraqçi öz "Telegram" kanalında çıxışından sitat gətirib.

O bildirib ki, bu bazalar nəinki ev sahibi olan ölkələri, hətta özlərini də müdafiə edə bilməyib:

"Onların hamısı son müharibədə ağır zərbələr alıb və məhv edilib. Biz xarici qüvvələrin iştirakı olmadan region ölkələrinin daxili və kollektiv təhlükəsizliyinə səbəb olan hər bir təşəbbüsü alqışlayırıq və bunu doğru addım hesab edirik".