Qazaxda 35 yaşlı kişini ildırım vurdu

Qazaxda 35 yaşlı kişini ildırım vurdu
HADİSƏ 19 Oktyabr 2026 19:33

Qazaxda 35 yaşlı kişini ildırım vurub.

Sitat.info bildirir ki, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./apa