“Sabah”ın U-19 komandası “Borussiya” ilə qarşılaşacaq

“Sabah”ın U-19 komandası “Borussiya” ilə qarşılaşacaq
İdman 20 Oktyabr 2026 14:31

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti matçına çıxacaq.

Sitat.info xəbər verir ki, Adino Mustedanaqiçin çalışdırdığı kollektiv Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun U-19 komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

Əlincə Stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmanı Gürcüstandan olan baş hakim Giorgi Avazaşvili idarə edəcək.

Qeyd edək ki, “Sabah” turnirin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 5, ikinci turda isə Bakıda Çexiyanın “Slaviya” komandasına 3 cavabsız qolla məğlub olub.