Səudiyyə Ərəbistanında hava limanına dron hücumu oub - Ölən var

Səudiyyə Ərəbistanında hava limanına dron hücumu oub - Ölən var
Dünya 22 Oktyabr 2026 09:22
Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına dron hücumu olub.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb. 

Qeyd olunub ki, insident nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Səudiyyə Ərəbistanı husilərlə döyüşən Yəmən hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və onların mövqelərinə hava hücumları həyata keçirir. Buna cavab olaraq husilər krallığın infrastrukturuna qarşı hərbi əməliyyatlar həyata keçirirlər.