Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Ukrayna ərazisində hərbi təyinatlı "Starshield" peyk rabitə sisteminin işinin məhdudlaşdırılması səbəbindən Ukrayna Silahlı Qüvvələri azı 1 milyon dollar dəyərində onlarla PUA itirib.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı "The New York Times" (NYT) qəzeti yayıb.
Nəşrin istinad etdiyi ukraynalı hərbçinin sözlərinə görə, "Starshield" sistemindəki nasazlıqlar və genişmiqyaslı silah itkiləri Ukrayna ordusuna demək olar ki, bütün əməliyyatları üç gün müddətinə dayandırmağa məcbur edib.
Peyk rabitəsində ilk problemlər oktyabrın 14-də qeydə alınıb.
Ukraynalı rəsmilər narahatdırlar ki, rabitə sistemlərinin məhdudlaşdırılması qərarının arxasında Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələr endirdiyinə görə cəzalandırmağa çalışan ABŞ Prezidenti Donald Trampın administrasiyası dayana bilər.