Rusiya Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - Kreml tarixi açıqladı

Rusiya Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - Kreml tarixi açıqladı
SİYASƏT 21 Oktyabr 2026 19:00
Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoffa rəsmi Moskvanın Ukrayna böhranının nizamlanması üzrə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 10-dan sonra bərpa etməyə hazır olduğunu bildirib.

Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya tərəfi münaqişənin həlli istiqamətində dialoqa açıqdır və prosesin noyabrın ilk ongünlüyündən sonra yenidən canlandırılması üçün hazır olduğunu xüsusi elçinin diqqətinə çatdırıb.