Bakının bu küçələrində tıxac var

Bakının bu küçələrində tıxac var
SOSİAL 22 Oktyabr 2026 08:46
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

    10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.