Prezident Yardımlıya icra başçısı təyin etdi - Dosye

Prezident Yardımlıya icra başçısı təyin etdi - Dosye
SİYASƏT 22 Oktyabr 2026 12:19
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunudur.

O, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura təhsili alıb.

O.Məmmədov Cəbrayıl Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra isə Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri işləyib.

4 mart 2025-ci ildən bu günə kimi Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini olub.

Prezident Yardımlıya icra başçısı təyin etdi - Dosye