"Ermənistanı niyə KTMT-dən xaric etmirlər?" - Paşinyan
Sitat.info xəbər verir ki, Baş nazirin sözləri Ermənistan mətbuatında dərc olunub.
"Həmin məlumatlara və proqnozlara gəldikdə isə – görərik. Əvvəllər də qeyd etdiyim kimi, bizim əsas diqqət mərkəzimiz Ermənistan Respublikasının davamlı inkişafı, eləcə də müstəqilliyimizin və suverenliyimizin qorunmasıdır. Biz məhz bu yolla gedəcəyik", – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Aİİ-yə üzv dövlətlərin hər hansı bir ölkəni qurumdan xaric etmək səlahiyyəti yoxdur: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) belə bir imkan mövcuddur. Aİİ və KTMT-yə üzv dövlətlərin mahiyyətcə eyni olduğunu nəzərə alsaq, maraqlıdır ki, xüsusən də təşkilatın nizamnaməsində belə bir imkan nəzərdə tutulduğu halda, onlar nə üçün Ermənistanı KTMT-dən xaric etmirlər?", – deyə Baş nazir vurğulayıb.