Yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

Yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE
SİYASƏT 22 Oktyabr 2026 13:20
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sitat.info xəbər verir ki, hazırda 37 yaşı olan Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində, o cümləədn Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.

Orxan Məmmədov bir müddət Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Ötən ilin martında isə Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE