Putindən hökumətdə mühüm kadr dəyişiklikləri

Putindən hökumətdə mühüm kadr dəyişiklikləri
Dünya 22 Oktyabr 2026 13:30
Rusiya Prezidenti Vladimir Putin hökumətdə kadr dəyişiklikləri edib.

Sitat info Rusiya mətbuatına istinadən xəbər verir ki, o bununla bağlı fərmanlar imzalayıb.

Fərmana əsasən, Andrey Nikitin nəqliyyat naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini təyin olunub. Nəqliyyat naziri vəzifəsinə isə Dmitri Yadrov gətirilib.

Nazirlər Kabinetinin maliyyə-iqtisadi blokunda da dəyişiklik baş verib. Belə ki, Anton Siluanov maliyyə naziri postunu özündə saxlamaqla, Baş nazirin müavini təyin olunub.

Bununla yanaşı, hökumət Aparatının rəhbərliyi də dəyişib. Vladimir Putinin qərarı ilə Dmitri Qriqorenko Baş nazirin müavini - Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsindən azad edilib, onun əvəzinə bu vəzifə İrina Okladnikovaya həvalə edilib.

Yuri Trutnev isə hökumət sədrinin müavini - prezidentin Uzaq Şərq federal dairəsindəki səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilərək Vladimir Putinin köməkçisi təyin olunub. Dövlət başçısının digər Fərmanı ilə Baş nazirin müavini - Rusiya Prezidentinin Uzaq Şərq üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə Oleq Kojemyako təyin edilib.