Bakıda xəstəyə meyitdən ürək köçürüldü

Bakıda xəstəyə meyitdən ürək köçürüldü
HADİSƏ 22 Oktyabr 2026 15:15

Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.

Sitat.info xəbər verir ki, Modern.az-ın məlumatına görə, əməliyyata tanınmış kardioloq-cərrah, professor Kamran Musayev rəhbərlik edib.

Artıq xəstənin evə yola salındığı bildirilir.

Kamran Musayev donorun ailəsinə - verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.

Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada ürək transplantasiyası həyata keçirilmişdi.