25 il əvvəl törədilmiş qətlin üstü açıldı - BİRGƏ MƏLUMAT
Bakıda 2001-ci ildə törədilmiş qətlin üstü 25 il sonra açılıb.
Sitat.info xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnib.
Aparılan kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin təfərrüatları müəyyən edilib.
Toplanmış sübutlar əsasında əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.
R.Zeynalov 20 oktyabr 2026-cı ildə saxlanılıb. Oktyabrın 22-də o, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək ittiham olunub.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.