Ər-Riyadda MN binasına zərbə endirdilər
Yəmənin “Ənsar Allah” hərəkatının bir hissəsi olan husilər Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına zərbə endiriblər.
Sitat.info xəbər verir ki, bu barədə huslərin sözçüsü Yəhya Sariya “Əl-Məsirə” telekanalında məlumat verib.
“Son 48 saat ərzində biz ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd hədəfli hərbi əməliyyat həyata keçirdik. İlk əməliyyat rəqibimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Müdafiə Nazirliyi binasına qarşı yönəldilmişdi. Zərbə dəqiq oldu”, - deyə o bildirib.