Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO
“Brain Academy”də uşağa qarşı fiziki zorakılıq göstərdiyi bildirilən müəllim hadisədən sonra üzr istəyib.
Sitat.info xəbər verir ki, o, uşaqdan, azyaşlının valideynlərindən və ictimaiyyətdən bağışlanılmasını istəyib.
Qeyd edək ki, autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.