Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı   

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı   
SOSİAL 22 Oktyabr 2026 19:05

Daşkəsən rayonunun Mollahəsənli kəndi başqa əraziyə köçürülür.

Sitat.info olke.az-a istinadən bildirir ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan "Daşkəsən Dəmir Filiz" MMC bununla bağlı hazırlıqlara başlayıb. 

Köçürülmə prosesinin qiymətləndirilməsi "İqlimLTD" MMC-yə tapşırılıb.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.

Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün  alınması ilə bağlı olduğu ehtimal olunur.

Qeyd edək ki, hazırda Mollahəsənli kəndində 523 nəfər qeydiyyatdadır və 97 təsərrüfat fəaliyyət göstərir. Kənddə yerləşən evlərin sayı isə 70-dən çoxdur.