Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb-ölən var

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb-ölən var
HADİSƏ 23 Oktyabr 2026 14:24
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb.

Sitat.info xəbər verir ki, "Xoriv" (Khoryv) adlı gəmi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batıb.

Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır.

Hadisə nəticəsində bir dənizçi ölüb, 3 nəfər itkin düşüb, 9 nəfərin isə xilas edildiyi bildirilib.

Yerli vaxtla saat 10:00 radələrində gəmi həyəcan siqnalı verib və Rumıniyanın aidiyyəti qurumları vəziyyətə müdaxilə edib.

Hələlik insidentin səbəbi bilinmir. İlkin və təsdiq olunmamış məlumatlara görə, gəmi dron hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.

Hadisə baş verən zaman gəmi Rumıniyanın ərazi sularından kənarda olsa da, ölkənin dəniz sərhədinə yaxın olub.

\\\“novinite.com”