Salyanda kişini "tok" vurub öldürdü

Salyanda kişini \"tok\" vurub öldürdü
HADİSƏ 23 Oktyabr 2026 09:30
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, Məmmədov Vaqif Hüseyn oğlu Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.