Tramp iki münaqişənin həllinə yaxınlaşdıqlarını açıqladı

Tramp iki münaqişənin həllinə yaxınlaşdıqlarını açıqladı
Dünya 23 Oktyabr 2026 11:48
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin və İranla hərbi qarşıdurmanın həllinə yaxınlaşdıqlarını bildirib.

Sitat.info xəbər verir ki, Tramp bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

O, genişmiqyaslı müharibələrə çevrilmək təhlükəsi olan səkkiz münaqişənin həllinə nail olduğunu iddia edib və daha iki münaqişənin həllinə yaxın olduqlarını vurğulayıb.

“İnanıram ki, daha iki münaqişənin həllinə yaxınlaşırıq. Düşünürəm ki, Rusiya ilə Ukrayna arasındakı müharibə də bu istiqamətdə irəliləyir”, – deyə Tramp bildirib.

ABŞ lideri İranla hərbi qarşıdurmanın da tezliklə başa çatacağını gözlədiyini söyləyib.

“Bu və ya digər şəkildə, bu, tezliklə baş verəcək və benzinlə neftin qiymətləri xeyli aşağı düşəcək”, – deyə o əlavə edib.