Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var

Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
HADİSƏ 23 Oktyabr 2026 13:02
Türkiyənin Zonquldaq bölgəsində yerləşən özəl daş kömür mədənində partlayış baş verib.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dərəiçi məhəlləsində qeydə alınan hadisə nəticəsində iki nəfər ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.

İnsidentin mədən qazının partlaması nəticəsində baş verdiyi bildirilir. 

Partlayışın olduğu əraziyə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Mədəndə qalan 1 fəhlənin xilas edilməsi üçün axtarış-xilasetmə işləri aparılır.