Məşhur yazıçı vəfat etdi
Yapon yazıçısı və rejissoru Ryu Murakami 17 oktyabrda 74 yaşında vəfat edib.
Sitat.info xarici mediaya istinadla xəbər verir ki, onun vəfatını onun nümayəndələri və “Gentosha” nəşriyyatı bildirib.
Yazıçının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Murakami 1976-cı ildə ilk romanı olan "Mavi çalarları"nın nəşri ilə şöhrət qazanıb. Digər məşhur əsərləri arasında "Soyunma otağının uşaqları", "Miso şorbası" və "69" da var. Yazıçılıqla yanaşı, Murakami kinorejissor idi və öz kitabları əsasında bir neçə film çəkib.