Təbii qazın dəyəri azalmağa davam edir

Təbii qazın dəyəri azalmağa davam edir
İQTİSADİYYAT 24 Oktyabr 2026 09:13
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.

Sitat.info xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 5.58% dəyər itirərək 2.6400 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 4.23% artaraq 93.86 avroya bərabər olub.