Bu gecə "Qızıl top"un sahibi bəlli olur: Messi var, Ronaldu yox
Sitat.info xəbər verir ki, "France Football" jurnalının təsis etdiyi mükafatın 70-ci təqdimetmə mərasimi İngiltərənin paytaxtı Londondakı "London Palladium" teatrında təşkil olunacaq.
Bakı vaxtı ilə bu axşam saat 00:00-da başlayacaq tədbir mükafat tarixində ilk dəfə Fransadan kənarda keçiriləcək. Bu il "Qızıl top"un təsis edilməsinin 70 ili tamam olur. Mərasimin Londonda təşkili 1956-cı ildə ilk mükafatı qazanan ingiltərəli futbolçu Stenli Metyuzun xatirəsinə də ehtiram kimi qiymətləndirilir.
Kişilər arasında ilin ən yaxşı futbolçusu adına 30 namizəd iddialıdır. Siyahıda Lionel Messi, Kilian Mbappe, Erlinq Haaland, Harri Keyn, Lamin Yamal və Usman Dembele kimi ulduzlar yer alıblar. Artıq üçüncü ildir ki, siyahıda portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adı yoxdur.
Namizədlərin tam siyahısı belədir:
Cud Bellinqem ("Real Madrid")
Pau Kubarsi ("Barselona")
Mark Kukurella ("Çelsi")
Usman Dembele (PSJ)
Luis Dias ("Bavariya")
Bruno Fernandeş ("Mançester Yunayted")
Qabriel Maqalyaynş ("Arsenal")
Erlinq Haaland ("Mançester Siti")
Əşrəf Hakimi (PSJ)
Harri Keyn ("Bavariya")
Xviça Kvaratsxeliya (PSJ)
Lamin Yamal ("Barselona")
Sadio Mane ("Əl-Nəsr")
Markinyos (PSJ)
Lautaro Martines ("İnter")
Kilian Mbappe ("Real Madrid")
Nuno Mendeş (PSJ)
Lionel Messi ("İnter Mayami")
Joao Neveş (PSJ)
Maykl Olise ("Bavariya")
Uilyam Paço (PSJ)
Xulian Kinyones ("Əl-Qadsiyə")
Deklan Rays ("Arsenal")
Rodri ("Mançester Siti")
Fabian Ruiz (PSJ)
Uilyam Saliba ("Arsenal")
Ferran Torres ("Barselona")
Dayo Upamekano ("Bavariya")
Vinisius Junior ("Real Madrid")
Vitinya (PSJ)
Qeyd edək ki, "Qızıl top"un ötənilki qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembele olub. O, bu dəfə də mükafata namizədlər arasındadır.