İbrahim Kalınla Asim Münir Tehrana gedir
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksəkvəzifəli rəsmilərinin İranın paytaxtı Tehranda görüş keçirəcəyi bildirilir.
Sitat.info xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını açıqlayıb.
Məlumata görə, görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanın və Pakistanın ordu komandanı Asim Münirin iştirakı gözlənilir.
Səudiyyə Ərəbistanı rəsmisi Raid Krimli də təmasları təsdiqləyərək nümayəndələrin İran Prezidenti Məsud Pezeşkianla görüşəcəyini bildirib.
Görüşün əsas məqsədlərindən biri ABŞ–İran gərginliyinin azaldılması, dialoqun təşviqi və regional təhlükəsizliyin gücləndirilməsidir.
Aytac,
Sitat.info