Şairənin həyat yoldaşı faciəvi şəkildə öldü 

Şairənin həyat yoldaşı faciəvi şəkildə öldü 
HADİSƏ 26 Oktyabr 2026 17:43

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub.

Sitat.info Ölkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Qəsəbə ərazisində iki avtomobil toqquşub. Onlardan biri yoldan çıxaraq səki ilə gedən 1958-ci il təvəllüdlü İbrahimov Ələddin İbiş oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerdinə vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.İbrahimov əslən Laçın rayonunun Quşçu kəndindəndir. O, şairə Fəridə Köçərilinin həyat yoldaşıdır.