DTX sabiq vəzifəli şəxsi həbs etdi - FOTO

DTX sabiq vəzifəli şəxsi həbs etdi - FOTO
HADİSƏ 26 Oktyabr 2026 14:00

YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Sitat.info Gununsesi.info-ya istinadla xəbər verir ki, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

DTX sabiq vəzifəli şəxsi həbs etdi - FOTO