Millimizdən dünya çempionatında növbəti qələbə

Millimizdən dünya çempionatında növbəti qələbə
İdman 26 Oktyabr 2026 13:42

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.

Sitat.info xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda İsrail yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız turnirdə bundan əvvəl Timor-Leste seçməsini 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3 hesabı ilə uduzub.

Yığma son görüşdə Haiti seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.